EcoTour Azerbaijan -la Qaxa səfərim!!!

Stresli işdən arada canınızı qurtarmaq üçün kiçik səyahət etmək əla ideyadır. Mən səyahəti çox sevirəm və imkan olduqca turlara qoşuluram. Bu dəfə gərgin işdən biraz da olsa başımı ayırmaq üçün  Ecotur Azərbaycan tərəfindən Qaxa təşkil olunan qış kampına qoşuldum.

Qoşulduğum bu tur mənim üçün çox  özəl idi. Çünki, rahat şəkildə gedib kababları yeyib sonra yatmadıq, əvvəlcə dağçı dostlarımızla qarlı, şaxtalı havada uzun yol ət etdik (hiking),  donan şəlalənin altında dayandıq, sonra isə qarın içində ocaq qalayıb sosislərimizi qızartdıq. Ocağın üstündə qızardılan sosislər bilirsiniz necə dadlı olur? 😀  Qarın içində ocaq qalamaq isə ayrı bir aləmdir 😀 Orada uşaqların xizəklərini əllərində alıb biz də uşaqlaşdıq, xizəklə sürüşdük 😀 Daha sonra Sarıbaş adlanan kəndə yollandıq. Kənd camaatı ilə maraqlı söhbətlərimiz oldu. Bu kənd sadəcə möhtəşəm idi. İmkanınız olsa mütləq gedin.Sizi şəkillərlə baş -başa buraxıram və sizi kabablardan yox, təbiətdən zövq almağa çağırıram. 🙂

Tur üçün ekoturçular ElmanMürsələ təşəkkürlər! 🙂 img_0888img_3707img_3720img_3737img_3789img_3825img_3859img_3895-2img_3897-2img_3935-2ə təşəkkürlər!

img_4174img_4114img_3934-2img_3922-2img_3887-2img_3886-2img_0772img_0808img_0847-1img_0863img_3785

Leave a comment