İdmana geri dönüş- 8 həftəlik idman proqramı (Round 1)

Nəhayət ki uzun müddətdən sonra idmana geri döndüm. Uzun müddət idi ki, səhhətimlə bağlı problem yaşayırdım deyə idmanı dayandırmışdım. Bugündən hər şeyi yenidən başlayıram. Etdiyim idman proqramını hər dəfə sizinlə paylaşacam. Ümid edirəm başqalarına da idman etmək üçün motivasiya vermiş olaram. İdman etdikcə bu məqalə hər dəfə yenilənəcək və etdiyim rutinlər bura əlavə olunacaq.  Məqsəd…

Çənlibel gölü, Quba

Ötən həftə səyahət etdiyim çox gözəl bir məkan haqqında yazmaq istəyirəm. Bu Qubanın İkinci Nügədi kəndində yerləşən Çənlibel gölüdür. Gölün ətrafı yamyaşıl ağaclarla örtülüb, hər tərəf çobanyastığı çiçəklərinə bürünüb, havası çox gözəldir. Təbiəti sevənlər üçün əla yerdir. Dostlarımızı topladıq, çadırımızı qurduq, kamp həyatından zövq aldıq gölün kənarında. Gözlənilmədən yağan yağış isə bizə bir ayrı ekstrim yaşatdı…

İdman vs. ingilis dili

Yəqin deyəcəksiniz ki, idmanın  ingilis dilinə nə dəxli?! İlk öncə bu ilin aprel ayında təşkil olunan marafonda iştirakım və təssüratlarım barədə danışacam. Bir neçə ay bundan əvvəl Facebook-da Baku Runners qrupu ilə rastlaşdım. İdmanı sevən biri kimi bu qrupa qoşuldum. Bu qrup Bakıda yaşayan  bir qrup ingilis vətəndaşlar tərəfindən yaradılan bir klubdur. Onlar hər həftənin 3 günü…

İngilis dilini NEÇƏ AYA öyrənə bilərəm?

Əziz dostlar, ingilis dilini öyrənməyə başlayanda ən çox soruşduğumuz sual bu olur: Mən neçə aya dili mükəmməl öyrənə bilərəm? Bu sual çox sadə görünsə də, əslində cavab verilməsi ən çətin sualdır. Bu suala cavab vermək demək olar ki mümkün deyil. NİYƏ? Çünki dilin öyrənilmə sürəti müxtəlif faktorlardan asılıdır. Araşdırmalara baxsaq, bu suallara cavablar müxtəlifdir. Bəzi…

Kosmetik vasitələrsiz 10 günün nəticələri!!!

Nəhayət ki, 10 günlük makyajsız sınağım sona çatdı və mən sizinlə təcrübələrimi bölüşmək istəyirəm. Deməli, bu 10 günün bəzi günlərində həqiqətən mənim üçün çətin sınaq oldu. Çünki heç bir makyajsız iş görüşməsinə getdim, dərsə girdim 😀 Əslində bu günlərdə belə bir an oldu ki, bəlkə heç olmasa nəsə istifadə edim? İş görüşməsinə belə getmək, ya…

EcoTour Azerbaijan -la Qaxa səfərim!!!

Stresli işdən arada canınızı qurtarmaq üçün kiçik səyahət etmək əla ideyadır. Mən səyahəti çox sevirəm və imkan olduqca turlara qoşuluram. Bu dəfə gərgin işdən biraz da olsa başımı ayırmaq üçün  Ecotur Azərbaycan tərəfindən Qaxa təşkil olunan qış kampına qoşuldum. Qoşulduğum bu tur mənim üçün çox  özəl idi. Çünki, rahat şəkildə gedib kababları yeyib sonra yatmadıq, əvvəlcə…

Makyaj və kosmetik vasitələrsiz 10 gün!!!

Ümumiyyətlə insanın vaxtaşırı özünü çətin tapşırıqlarla sınaması qorxularımıza qalib gəlməyə, komplekslərimizi atmağa, yeni faydalı vərdişlər əldə etməyə, hər hansı pis vərdişlərdən uzaq olmağa çox kömək edə bilər.Bugündən etibarən müəyyən vaxtlarda yeni  challenge-lərə, çətin sınaqlara başlayacam. Özümü mənə çətin olan tapşırıqlarla sınayacam. Bugündən  başladığım challenge bundan ibarətdir ki, 10 gün ərzində heç bir kosmetik vasitədən (nəmləndirici krem…

İngilis dilində yeni sözləri necə öyrənək?

Bugündən etibarən Günün Sözü layihəsinə start verdim. Belə ki, Afaqla İngilis Dilini Öyrən səhifəmdə hər gün gündəlik həyatımızda ən çox işlətdiyimiz söz və ifadələrdən ibarət 10 söz paylaşacam. Beləliklə siz, bir il, yəni 365 gün ərzində 3000-dən çox söz və ifadə öyrənə bilərsiniz. Təbii ki, burada əsas məsələ say deyil, sözləri necə və nə dərəcədə öyrənərək…

Çətin, amma sonu mükafatla bitən qərarım

İndiki zamanda gənclər arasında gördüyüm ən böyük problemlərdən biri məqsədsiz olmaları, məqsəd olsa da, qorxularının onları geridə qoymasıdır. Bəziləri yeni şeylər etməkdən qorxur, bəziləri yeni biznesə başlamaqdan qorxur ki, birdən uğursuz nəticələnər. Lap sadə misal, bəziləri ingilis dilində danışmaqdan qorxur ki, birdən hamı ona gülər. Qorxu əslində insan oğlunun hiss etdiyi çox normal bir hissdir….

Çobanyastığının gördüyüm möcüzələri

Əgər siz də mənim kimi dərman və iynələrə düşmənsinizsə, həkimə məcbur gedib resepti yazandan sonra gedib aptekdən alır, və dərmanları içimmi içməyimmi deyə sual edir, sonra da o qədər xərc edin aldığınız dərmanların kənar təsirlərini oxuyandan sonra qorxudan zibilə atırsınızsa və təbii üsullara müraciət edirsinizsə, bu bloq yazım sizin üçündür 😀 Adətən kosmetikadan maksimum dərəcədə az…