İngilis dilində yeni sözləri necə öyrənək?

Bugündən etibarən Günün Sözü layihəsinə start verdim. Belə ki, Afaqla İngilis Dilini Öyrən səhifəmdə hər gün gündəlik həyatımızda ən çox işlətdiyimiz söz və ifadələrdən ibarət 10 s%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8föz paylaşacam. Beləliklə siz, bir il, yəni 365 gün ərzində 3000-dən çox söz və ifadə öyrənə bilərsiniz. Təbii ki, burada əsas məsələ say deyil, sözləri necə və nə dərəcədə öyrənərək tətbiq etməkdir.  İnsanlar var ki, 5000-dən çox söz bilir, lakin ingilis dilində danışaraq onları tətbiq edə bilmir. İnsan var çox az söz bilir, lakin özünü ingilis dilində müəyyən qədər ifadə edə bilir. Ona görə də məsləhət görərdim ki Kəmiyyətə yox, keyfiyyətə fikir verəsiniz. Bu yazıda Günün Sözü layihəsi çərçivəsində tanış olacağınız sözləri öyrənmək metodlarından yazacağam. Aşağıdakı metodlardan sizə ən rahat olanını tətbiq edə bilərsiniz.

  1. Hər yerə daşıya biləcəyiniz bir bloknot  və ya dəftər tutun və sözləri cümlə ilə birlikdə qeyd edin. Yolda boş vaxtınız olanda sözləri nəzərdən keçirin. Hətta öz özünüzə sözləri və işləndiyi cümlələri təkrarlayın. Sanki kiminləsə dialoq qurmusunuz.
  2. Tədqiqatşılar iddia edir ki, yeni sözləri digər şəxsə bərkdən demək yolu ilə təkrarlamaq sözləri daha çox yadda saxlamağa kömək edir. İşə və ya universitetə çatanda öyrəndiyiniz sözlərdən cümlələr quraraq qəsdən işyoldaşlarınıza və ya dostlarınıza suallar verin. Onlarla ingilis dilində kiçik, bir-iki cümlədən ibarət dialq qurun. Bunu ingilis dilini öyrənmək istəyən dostlarınızla da edə bilərsiniz. Onlar çox hallarda avomatik olaraq sözün mənasını bilmir və siz ona izah etməyə başlayırsınız.
  3. Sözləri stickerlərə yazən və gözünüzün hər gün görə biləcəyi yerlərə yapışdırın. Hər bir sözə özünüzün yadda saxlaya biləcəyiniz bir cümlə qurun.
  4. Hər bir söz üçün cümləni  öz təcrübənizdən keçdiyiniz hadisələrə aid qurun ki, yadınızda yaxşı qalsın. Məsələn, to teach sözünü öyrənmək istəyirəm. Ona bir cümlə qururam. I teach English- Mən ingilis dilini öyrədirəm. Bu cümləyə baxan kimi mən hətta sözün tərcüməsinə baxmamış mənasını başa düşəcəm. Çünki, mən bilirəm ki, həqiqətən də ingilis dilini tədris edirəm. Beləliklə siz də buna bənzər cümlələr qura bilərsiniz. Digər bir nümunə: Məsələn to love -sevmək sözünü öyrənirsiniz. Siz kofeni həddindən çox sevirsiniz. Belə bir cümlə qura bilərsiniz: I love coffee.
  5. Sözləri google-da yazın, tələffüzünü tapın. Cümlələri ilə birlikdə bərkdən oxuyun. Bu sizə həm tələffüzünüzü inkişaf etdirməyə, həm də sözləri yadda saxlamağa kömək edəcək.
  6. Sözləri cümlələri ilə birlikdə deyin və səsinizi yazın. Audio formasında da yolda və ya boş vaxtınızda qulaq asa bilərsiniz. Yaxud, həmin sözə aid kiçik dialoq yaradın və bərkdən oxuyub səsinizi yazın, daha sonra qulaq asın.
  7. Nəhayət kifayət qədər danışıq klublarında iştirak edərək, həmin sözləri özünüzlə götürün və danışıq gedişində istifadə etməyə çalışın.

Onu da qeyd edim ki, metodlar yalnız bunlarla kifayətlənmir. Hər kəs individualdır və öyrənmə metodu müxtəlif ola bilər. Siz hətta özünüzdən də öyrənmə metodları kəşf edib tətbiq edə, əgər işə yarayırsa, bizimlə də paylaşa bilərsiniz 🙂

Sevgilərlə,

Afaq

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s