Filmlərlə ingilis dilini necə öyrənək ?

Dostlarım həmişə məndən ingilis dilini öyrənməyin ən effektiv yollarının hansı olduğunu soruşanda onlara məsləhət gördüyüm metodlardan biri bu olur: ” İngilis dilində kinolara baxın!”  İngilis dili kitablarını kənara qoyub ingilis dilində real söhbətlərin getdiyi videolara, kinolara baxmaq sizə müasir ingilis dilini öyrənmək, əsasən də danışıq dilini öyrənmək üçün çox kömək edir. İndi isə ortaya bir sual çıxır: Kinolara necə baxaq? Alt yazı ilə yoxsa alt yazısız? Hər bir cümləni başa düşmürəm, necə baxım? Ya da bəziləriniz belə deyir: “Heç nə başa düşə bilmirəm, ona görə də kinoya baxmaq darıxdırıcı olmağa başlayır”. Kinoya baxmaqla, həm danışıq, həm dinləmə, həm də yazı bacarıqlarını necə inkişaf etdirməyin yollarını həmişə araşdırıram. a-j-hogueBu yaxınlarda bir dostumun köməyilə, Effortless English vebsaytının rəhbəri, dünyanın bir nömrəli ingilis dili müəllimi hesab olunan  A J Hogue  (şəkildəki bu pozitiv yaraşıqlı və smart adam 😀 ) adlı bir dil mütəxəssisinin Movie Technique adlı videosuna qulaq asdım və onun kinoya baxmaq metodlarını çox bəyəndim və Azərbaycan dilinə tərcümə edib sizinlə paylaşmaq qərarına gəldim. Əminəm ki, ingilis dilini öyrənmək istəyənlər üçün çox effektiv olacaq.

  1. İlk növbədə maraqlı bir kino seçin. http://www.voscreen.com/ saytı alt yazılı filmlər tapmaqda sizə köməkçi ola bilər.
  2. Birinci gün kinonun ilk 2-3 dəqiqəsinə, yəni ilk səhnəsinə alt yazı ilə baxın. Rast gəldiyiniz yeni sözləri və ifadələri bir dəftərə yazın. Həmin sözləri lüğətdə tapın. Qeyd!!!  Yeni sözləri  yazarkən işləndiyi cümlə ilə birlikdə yazın ki, bu, sözlərin hansı kontekstdə işləndiyi barədə sizi məlumatlandırır və daha sonra sözləri təkrarlayarkən, daha yaddaqalan edir. Sınayın, özünüz görəcəksiniz! 🙂 Söz və ifadələrin mənalarını tapandan sonra həmin fraqmentə bir də alt yazı ilə baxın. Bu dəfə, ilk dəfə baxanda bilmədiyiniz sözlər artıq sizə tanış gələcək. Arabir sözlərin mənalarına da baxa bilərsiniz.  Bu prosesi 2-3 dəfə təkrar edin. Bu günlük sizin kino məşqiniz bu qədər!
  3. İkinci gün həmin, eyni ilk 2-3 dəqiqəlik fraqmenti alt yazısız izləyin. Pause düyməsini basın. 1-ci gün tapdığınız yeni sözləri bir də gözdən keçirin. Yenidən play düyməsini basın və həmin fraqmenti yenə də alt yazısız izləyin. Bu dəfə siz bütün yeni tapdığınız söz və ifadələrin mənalarını xatırlayacaqsınız. Bu günlük bu qədər!
  4. Üçüncü gün tələffüzünüz üzərində işləyəcəksiniz. Eyni fraqmenti yenə də izləyin, amma bu dəfə bir cümləni deyən kimi pauza düyməsini basın və həmin cümləni öz-özünüzə təkrar edin. Aktyorun tələffüzünü kopyalamağa çalışın. Cümləni eyni emosiya ilə deyin. Sonra digər cümlələri bir-bir eyni qayda ilə tələffüz edin. Bu da sizin 3cü gününüz!
  5. Dördüncü gün eyni fraqmenti bir də izləyin, lakin bu dəfə heç bir pauza etmədən aktyorun dediklərini onunla birlikdə fraqment bitənə qədər bərkdən təkrar edin. Bu dəfə alt yazı ilə baxa bilərsiniz. Çünki bəzən aktyorun dedikləri ilə çatdırmaya bilərsiniz cümlələri. Bu da 5-ci gün!
  6. Altıncı gün 5-ci gün etdiyiniz prosesi təkrarlayın, lakin bu dəfə alt yazısız edin.
  7. Yeddinci gün 6-cı gün etdiyiniz prosesi təkrarlayın və səsinizi  yazın. Daha sonra həmin fraqmentə bir də qulaq asın, və öz səsinizə qulaq asın. Müqayisə aparın. Aktyorun danışığı ilə sizin danışığınız arasındakı fərq nədir? Ritm eynidir? Bəs tələffüzünüz? Bəs səs tonu?  Əlbəttə ki, eyni ola bilməz amma nə dərəcədə yaxındır, onu aşkar edin. Sizdə çatışmayan cəhət nədir? Bunu aşkar edin.
  8. Səkkizinci gün- İndi isə filmin növbəti səhnəsinə keçə bilərsiniz və həmin fraqment üçün yuxarıda dediklərimin hamısını bir də təkrar edin 🙂

Düşünməyin ki, bu çox ləng bir prosesdir və siz filmə sona kimi baxa bilmirsiniz. Səbrli olun. Əsas filmə tez baxıb qurtarmaq deyil. Əsas olan ondan nə öyrəndiyimizdir. Filmin 2-3 dəqiqəsində deyilən cümlələrdən siz  5, hətta 10-a yaxın söz öyrənə bilər, beləliklə də söz ehtiyatı, dinləmə, danışıq, oxuma və tələffüzünüzü məşq elətdirmiş olursunuz.

Ümid edirəm ki, ümid edirəm yox, əminəm ki, bu metod sizə çox kömək olacaq. Hardan başlayım deyib günü günə satmaqdansa elə günü sabahdan filmə bu üsulla baxmağa başlayın. Nəticələr barədə mənə bildirin.

Sevgilərlə,

Öyrətməkdən zövq alan dostunuz Afaq 🙂

Advertisements

7 Comments Add yours

  1. Seymur says:

    Salam Afaq xanım sadəcə deyərdim RESPECT!!! , Çox bəyəndim bu metodu mən də elə 2 gün bundan qabaq youtube- də rast gəlib bəyənmişdim və dediyiniz ilk 2 – 3 dəqiqə var onu maximum nə qədər götürmək olar ? Çünki elə film başlayan kimi danışıq olan yerlər arasında pauzalar da olur , bunu cümlə sayına və ya söz sayına görə götürmək olarmı ? Məsələn filmdə danışıq başlayandan pause edəcəyimiz yerə qədər 15 cümlə və ya 70 söz və 15 phrase kimi (şəxsi fikirimdi )götürə bilərik mi yoxsa necə etsək daha asan olar ?

    Like

    1. Afag's blog says:

      Seymur, düzdür, bəzən pauzalar çox olur. Əlbəttə ki, dediyiniz kimi etmək ən yaxşı üsuldur. Məsələn, 15 cümlə götürün. Yəni, sizin götürmək qabiliyyətinizdən asılıdır. Gücünüz neçə dəqiqəlik dialoqu məşq etməyə çatır? Onu edin. Gördünüz ki sizə asan gəlir, çoxaldın, ya gördünüz çətin gəlir sayı azaldın. Ümid edirəm kömək edə bildim. Uğurlar sizə! 🙂

      Like

  2. Təşəkkürlər dəyərli məsləhətə görə, bu gündən mütləq belə edəcəyəm 🙂 Açığı, son günlərdə sevdiyim seriallardan birinə alt yazılarla baxmağa başlamışam, 75/25 faiz nisbətində anlayıram hər şeyi. Amma bu metod mənə daha maraqlı gəldi. 🙂

    Like

    1. Afag's blog says:

      Buyur, Aqşin, sevindim ki, sənə maraqlı gəldi 🙂

      Like

  3. Turkana says:

    Menim de ingilis dilinden telebelerim var. Bu metodu cox beyendim amma telebelere 5 deqiqelik fraqmente 8 gun baxmaga vadar etmek cox cetindir. Bezen bir leveli 8 derse bitirmek isteyenler olur ))). Men praktika komputerlerimize 15-e yaxin alt yazili filmler yazmisam ve onlari izleyerek telebenin bilmeye bileceyi lugeti cixardib ayrica luget hazirlamisam (200-300 soz) bir kinoya baslamadan evvel hemin lugeti ezberledirem ve kinonun sozlerini bilenden sonra telebe daha asanliqla baxir. Tebii ki dil seviyyesinden asili olaraq daha az ve ya daha cox soz elave cixa biler. Meselen elementary telebedirse normalda 120deqiqelik Mummy kinosundan 400-500soz cixardir, intermediate telebedirse menim evvelden ezberletdiyim 200 sozluk luget bes edir. Sizin yazdiginiz metodu da tetbiq edecem gorek ne gosterir. 😊

    Like

    1. Afag's blog says:

      Turkana, düz deyirsiz, bizim insanlar həmişə tələsirlər, halbuki məsələ bir leveli-i 8 dərsə bitirmək məsələsi deyil, bitirəndən sonra nə öyrəndin? Öyrəndiklərin beyninə həkk oldumu? yadında qaldımı? Neçə illərdir məktəbdə, kursda, universitetdə ingilis dili öyrənmişik, amma çoxumuzun danışıq problemləri var, ünsiyyət qura bilmirik və hələ də ingilis dilini bilmirik deyə düşünürük və yenidən kursa başlayırıq. Halbuki, bu yalnışdır. Əsas məsələ nə öyrəndiyimizdir. Tələsmədən öyrən, amma öyrən. Onlara bunu inandırmaq lazımdır. Düzdür, eyni fraqmentə 7 dəfə baxır, amma hər gün müxtəlif metodlarla. Siz dediyiniz metod da çox maraqlıdır. Mən də bir metod istifadə dirəm. Məsələn, sözləri tələbələrə verəndə deyirəm ki, sözləri işləndiyi cümlə ilə birlikdə öyrənin. Onda daha yaddqalan olacaq.

      Like

  4. geo says:

    Burada filmlerden kısa parçalar bulabilirsiniz.

    http://www.voscreen.com/

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s