Ingilis dilində danışığı necə inkişaf etdirməli?

İlk bloqumda ilk yazım ixtisaslaşdığım və mənə ən maraqlı olan sahə-dil barəsində olacaq. Bu mövzuda bir çox dost və tanışlarım məndən məsləhət istədiyi üçün düşündüm ki, bu barədə yazmaqda fayda var 🙂Do-you-speak-English-

Bir çoxlarımız dil öyrənərkən ilk olaraq qrammatikadan başlayırıq. Belə ki, dil kurslarına gedirik, saysız-hesabsız qrammatika tapşırıqları ilə qarşılaşırıq, söz öyrənirik və s. Lakin çoxumuz kursdan narazı halda çıxırıq. Niyə? Bir çoxlarından dil kursuna getdim, amma hələ də ingilis dilində danışmağı bilmirəm deyə narazılıqlarını görürəm. Eyni problemləri ingilis dilini ilk dəfə öyrənəndə mən də yaşamışam. Lakin dilçi olaraq danışığı təkmilləşdirmək üçün yollar araşdırdım və illərdir bu yollardan istifadə edərək ingilis dilində danışıq qabiliyyətimi daha da inkişaf etdirdim. Aşağıda sizə təcrübədən keçirdiyim  effektiv metodlarla tanış edəcəyəm. İngilis dilində ixtisaslaşdığım üçün yazımda əsas məqamı ingilis dilinə yönəldəcəm. Təbii ki, eyni metodları başqa dilləri öyrənərkən də istifadə etmək olar.

İngilis dilində danışan ölkələrə səyahət edin- İngilis dilində danışan ölkələrə səyahət etməklə siz mühitə düşməklə, azərbaycan dilində danışmaq şansınız olmur və  özünüzü ingilis dilində danışmağa məcbur edirsiniz. Necə səyahət etməyə gəldikdə, bir çox tədbirlər və seminarlarda aktiv iştirak etmək, xarici dostlarla tanış olmaq mümkündür. Edu Aktiv, Mladiinfo saytlarında onlarla pulsuz tədbir, seminar, təqaüd proqramları, kamplar və s. haqqında ətraflı məlumat əldə edib müraciət edə bilərsiniz.Lakin burada bir məqam var:Bir çoxlarından eşidirəm ki ingilis dilində danışa bilmək, özünü ifadə edə bilməyin yeganə effektiv yolu mühitə düşməkdir, yəni, ingilis dilində danışan ölkələrdə olmaq. Bunu əllərində bayraq edərək dili təkmilləşdirməkdən əl çəkirlər və nəticədə heç bir addım atmırlar. Razıyam ki, bu çox effektiv yoldur, lakin yeganə yol deyil!!! Xarici ölkədə olmayan, lakin ingilis dilində özünü sərbəst ifadə etməyi bacaran bir çox dostlarım var! 

İngilis dilində danışıq klublarına gedin- Müxtəlif mövzularda təşkil olunan danışıq klubları da effektiv şəkildə danışıq qabiliyyətinin təkmilləşdirilməsinə kömək edə bilər. Lakin bir şərtlə! Kompleksiniz atıb danışmağa çalışmalısınız! 🙂 Bacardığınız qədər qarşınıza çıxan bütün danışıq klublarına gedin. İnformasiya resursları Kompleksi hər il ödənişli və ödənişsiz danışıq klublarının qeydiyyatını keçirir.Səhifəyə keçid alaraq ətraflı məlumat ala bilərsiniz. İngilis dilində danışmaq istəyən dostlarınızı bir araya gətirib hər hansı bir kafedə və ya parkda yığışıb özünüz də danışıq klubu təşkil edə bilərsiniz. Facebook sosial şəbəkəsində də bir çox conversation club elanları olur.

Filmlərə, verilişlərə ingilis dilində baxın, xəbərləri ingilis dilində oxuyun– Bir çoxlarımız film izləməyi sevirik, xəbərlər oxuyaraq dünyada baş verənlərdən özümüzü xəbərdar oluruq. Həmin filmləri ingilis dilində izləsək, xəbərləri ingilis dilində oxusaq, nəticədə danışıq dilində ən çox işlənən sözləri öyrənməklə öz danışığımızda istifadə edə bilərik. http://putlockers.com/ saytında onlarla pulsuz və qeydiyyatsız ingilis dilində fimlmləri izləyə bilərsiniz.Xəbərlərə gəldikdə isə BBC, National Georgraphic, VOA (Voice of America), New York Times, və s. saylardan faydalana bilərsiniz.

İngilis dilində kitablar oxuyun– Bu ilk növbədə sizə qəribə gələ bilər: “Axı, kitab oxuyanda danışmıram, oxuyuram, danışıq qabiliyyətim necə inkişaf edir?’ deyə bilərsiniz. İngilis dilində özünüzü sərbəst ifadə etmək üçün ən vacib məqamlardan biri ingilis dilində düşünə bilməkdir. Kitab oxumaq isə düşünmək bacarığınızı formalaşdıraraq ingilis dilində düşünə bilmək qabiliyyətinizi inkişaf etdirir. Azərbaycan dilində hekayə,roman kitabları oxuduğumuz zaman beynimizdə o kitabda baş verən hadisələr haqqında düşündüyümüz, təsəvvür yaratdığımız kimi, ingilis dilində oxuduğumuz kitablarda da eyni proses baş verir və siz istər -istəməz hadisələri azərbaycan dilinə çevirmədən, hekayənin öz dilində düşünməyə, analiz etməyə başlayırsınız. Dil ingilis dilindədir, hadisələr də ingilis dilində olan hadisələrdir. Bunu həmişə ingilis dilində kitab oxuyan biri kimi öz təcrübəmdən deyə bilərəm. Odur ki, elə bugündən əlinizə alın bir kitabı və oxuyun 🙂 Boş vaxtım yoxdur deməyin, çünki vaxt hər zaman var. Mən oxuduğum kitabların çoxunu metroda oxuyub bitirirəm. Odur ki, vaxtınız olmasa belə metroda da kitab oxuya bilərsiniz. Hər şeyi başa düşməsəniz belə oxuyun! Kitbları necə və hardan əldə edə bilərəm deyə maraqlansanız, şəhərdə (xüsusilə 28 maydakı kitab mağazalarında) səviyyələrlə ucuz qiymətə kitablar satılır. Əgər kitab almağa pulum yoxdu deyirsinizsə ona da çarə var. Şəxsiyyət vəsiqənizi də götürüb gedirsiniz Azərbaycan Dillər Universitetinin əsas korpusuna, orada yerləşən İnformasiya Resurs Kompleksinə, üzv olub istədiyiniz kitabları oxuyub qaytara bilərsiniz. Yəni ki, məqsəd olandan sonra hər şeyə çarə var 🙂

Metodlar çoxdur, sadaladıqlarım isə ən effektiv bildiklərim idi.Ən sonda deyim ki, dil kursları sadəcə sizə istiqamət verir. Dil kursunu bitirməklə siz ingilis dilində mükəmməl danışacaqsınız deyə bir şey yoxdur. Danışıq qabiliyyətinin inkişaf etdirilməsi sizin özünüzdən asılıdır. Əgər dili mükəmməl şəkildə öyrənmək istəyirəm deyə bir MƏQSƏD-niz varsa, dil kursunu bitirdikdən (kurslara qaldıqda daha çox danışıqla paralel qrammatikanı öyrədən kursları araşdırın!)  və ya özünüz sərbəst şəkildə ingilis dilini öyrəndikdən sonra aktiv olmağa çalışın, yuxarıda qeyd etdiyim metodlardan daim istifadə edin, fərqi özünüz görəcəksiniz. Onu da deyim ki, dil öyrənmək heç vaxt bitən bir proses deyil. İngilis dilini təkmilləşdirən biri olaraq hələ də bu metdolardan istifadə edirəm. Ona görə də qeyd etdiyim metodlardan müntəzəm olaraq istifadə edin. Ətrfınızı ingilis dili ilə sarın 🙂

Advertisements

3 Comments Add yours

  1. Leyla says:

    👌👌👌👍👍👍

    Like

  2. Seymur says:

    Təşəkkürlər ətraflı məlumata görə, amma mən də ingilis dilini öyrənmək üçün effektiv metodlardan biri kimi ingiliscə altyazılı serial və film izləməyi şiddətli olaraq məsləhət görürəm bu film və seriallar ən məsləhətliləridir:

    TƏKLİF ETDİYİM SERİALLAR
    1.Friends
    2.Gossip Girl
    3.Merlin
    4.Desperate Housewives
    5.Hung
    6.Revenge
    7.How I met Your Mother
    8.True Blood
    9.Chuck
    10.Da Vinci’s Demons
    11.The office
    12.How to make it in America
    13.The last man on earth
    14.Better call saul
    15.The Mentalist
    16.House of cards
    17.Baby lady
    18.GOTHAM
    19.Modern family
    20.Shameless
    21.Narcos
    22.BREAKING BAD
    23.Prison break
    24.Heroes
    25.Lost
    26.Lie to me
    27.DEXTER
    28.Seinfeld
    29.Sopranos
    30.Mad men
    31.FRINGE
    32.The walking dead
    33.Arrow
    34.Vikings
    35.Supernatural
    36.Sherlock
    37.The Oz
    38.Teen Wolf
    39.The big bang theory
    40.The İnbetweeners
    41.Rules
    42.The it crowd

    Liked by 1 person

    1. Afag's blog says:

      Film izləməyi məsləhət görmüşdüm, amma siyahı yazmamışdım. Fikrinizi bildirdiyiniz üçün təşəkkürlər, əminəm ki,izləyicilər bu siyahıdan maksimum yararlanacaqlar! 🙂

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s